Azərbaycan badmintonçusu: “Həyacan var idi”
“Rəqibim dünyanın 6-cısıdır və bura da medal ardınca gəldiyini gizlətmir”.
Msport.az xəbər verir ki, bunu Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra deyib.
O, Paris-2024 Yay Olimpiya Oyunlarında debütünü şərh edib. I turda çinli Bing Jiao Heyə 0:2 (8:21, 7:21) hesabı ilə uduzan milli üzvü növbəti görüşdə daha yaxşı oynamağa çalışacağını bildirib: “Birinci oyunda əlimdən gələni etməyə çalışdım. İlk olimpiadamdır. İstər-istəməz həyacan var idi. Çalışacam ki, növbəti oyunda daha yaxşı çıxış edim”.
Qeyd edək ki, badmintonçumuz növbəti matçını iyulun 29-da Böyük Britaniya təmsilçisi Kirsti Gilmora qarşı keçirəcək.