featured-image-52001

“Çernomorets”in baş məşqçisi Aleksanddr Babiç “Neftçi”yə transfer olunan Andrey Ştroqnin haqda fikirlərini bildirib.

Msport.az “UA-Football”a istinadən xəbər verir ki, o, vingerin Azərbaycanda daha inkişaf edəcəyinə ümid bəslədiyini vurğulayıb:

“Andreyin bir neçə təklifi var idi. Lakin mən biləndə ki, Roman İosifoviçin yanına gedir, ona uğurlar arzuladım. “Neftçi”nin qarşısına ən yüksək hədəflər qoyulub. İdman planı baxımından bu, futbolçu üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə, ona Azərbaycan çempionatına adaptasiya olmaq çətin olmayacaq, çünki Qriqorrçukun tələblərini yaxşı bilir. Baş məşqçi də Ştroqinin nəyə qadir olduğuna bələddir. Məncə, bu cütlük işi uğurlu olmalıdr”.

Bənzər xəbərlər