featured-image-72050

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi UEFA Çempionlar Liqasının “Napoli” – “Qarabağ” oyunundan əvvəl İtaliya mətbuatına müsahibə verib. 

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis “İl Mattino” nəşrinə Ağdam klubunu xarakterizə edib.

– “Qarabağ necə bir komandadır?

– Elə bir komandadır ki, yaxşı qazanc əldə etmək istəyən legionerlərə ciddi vəsait ödəyə bilir. Bu isə artıq böyük üstünlükdür. Maraqlı futbolçuları var. Bəlkə tam ulduz səviyyəsində deyillər, amma onlara yuxarıdan aşağı baxsan, ciddi çətinlik yarada bilərlər.

– Azərbaycan komandası Çempionlar Liqasının liqa mərhələsində artıq 7 xal toplayıb.

– Bu il onlar əvvəlkindən daha yüksək keyfiyyətli legionerlər tapıblar. Komanda kimi daha formalaşmış görünürlər. Ümumən bu mövsüm nəticələri məni təəccübləndirmir. Çünki onların yeganə hədəfi Çempionlar Liqasıdır. Çempionatda rəqibləri yoxdur və bu turnir onlar üçün həm də maliyyə baxımından vacibdir. Amma tək səbəb bu deyil.

– Buyurun, davam edin.

– Əslində onların iki fərqli heyəti var: biri çempionat, digəri isə avrokubok üçün. Artıq illərdir ölkə futboluna hakimdirlər, demək olar ki, hər mövsüm çempion olurlar. Son illər yalnız bir dəfə çempionluğu əldən veriblər. Kluba çox sərmayə qoyurlar, amma gəlirləri çox azdır. Çünki yerli çempionatı demək olar ki, heç kim izləmir.

Bənzər xəbərlər