featured-image-79800

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən başlayacaq.

Msport.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 klub qalib adı uğrunda yarışacaq.

Onlardan ən aşağı reytinqə sahib olan 32 komanda oyunlara ilkin mərhələdən start verəcək. Onlar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Mini-turnir şəklində keçiriləcək matçların yekununda ancaq qrup qalibləri əsas mərhələyə yüksələcək və B yolunda mübarizəni davam etdirəcək. İlkin mərhələnin oyunları avqustun 25-dən 30-dək keçiriləcək.

Son qalib “Sportinq” (Portuqaliya) daxil olmaqla 24 iştirakçı əsas mərhələdən Çempionlar Liqasına start verəcək. Reytinq cədvəlinin 21-ci pilləsində yer alan “Araz-Naxçıvan” B yolunda yarışacaq. Reqlamentə görə, reytin cədvəlinin 12-15 və 20-23-cü pillələrində 8 komandaya ilkin mərhələdə qrup qalibi olacaq 8 klub da qoşulacaq. Buradan yalnız bir komanda – qrup qalibi 1/8 finala vəsiqə qazanacaq.

B yolunda qrup oyunlarına ev sahibliyi edəcək klublar məlumdur. Polşanın “Pyast”, Serbiyanın “Lozniça-Qrad 2018”, İtaliyanın “L84 Torino” və Lüksemburqun “Differdange 03” klubları UEFA-ya müraciət edib və müsbət cavab alıblar.

“Araz-Naxçıvan” 2-ci səbətdə yer alıb. Bu isə o deməkdir ki, təmsilçimiz “L84 Torino”, “Differdanje 03” və “Atletik” (Ukrayna) ilə rəqib ola bilməyəcək. Belədə komandamızın yer aldığı qrupun oyunları Polşa və ya Serbiyada təşkil olunacaq. Əsas mərhələnin oyunları oktyabrın 27-də noyabrın 1-dək keçiriləcək.

UEFA Çempionlar Liqası

B yolu

6-cı səbət, ev sahibi komandalar

“Pyast” (qrupunun birincisi)

“Lozniça-Qrad 2018” (qrupunun birincisi)

“L84 Torino” (qrupunun ikincisi)

“Differdange 03” (qrupunun ikincisi)

7-ci səbət, qrupunun birinciləri

“Kaunas Jalqiris” (Litva)

“Luxol St. Andreus” (Malta)

8-ci səbət, qrupunun ikinciləri

“Araz-Naxçıvan” (Azərbaycan)

“Atletik” (Ukrayna)

9-cü səbət qruplarının üçüncü və dördüncüləri

İlkin mərhələ, A qrupunun qalibi

İlkin mərhələ, B qrupunun qalibi

İlkin mərhələ, C qrupunun qalibi

İlkin mərhələ, D qrupunun qalibi

İlkin mərhələ, E qrupunun qalibi

İlkin mərhələ, F qrupunun qalibi

İlkin mərhələ, G qrupunun qalibi

İlkin mərhələ, H qrupunun qalibi

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Ermənistan – Azərbaycan, Kosovo – Bosniya və Herseqovina, Kosovo – Serbiya, Ukrayna – Belarus təmsilçiləri bir-biri ilə qarşılaşa bilməz.

Bənzər xəbərlər