Azərbaycan çempionu qrupda qaldı - YENİLƏNDİ
“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı sonuncu matçında Latviyanın “Riqa” klubu ilə üz-üzə gəlib.
“Salaspils İdman Arenası”nda oynanılan görüş rəqibin 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu məğlubiyyətdən sonra qrup ikincisi olan Naxçıvan təmsilçisi Çempionlar Liqası ilə visalaşıb.
UEFA Çempionlar Liqası
A qrupu
26 avqust
18:00. “Riqa” (Latviya) – “Araz-Naxçıvan” (Azərbaycan) – 8:3
Qollar: Dmitri Kuzmin, 2:30. Talles, 10:24. Serjinyo, 18:26, 27:12. Artur Strajdin, 24:38. Rikardinyo, 30:05, 39:57, İqor Labuts, 32:54 – Amadeu, 14:17, 15:05, Lukas, 33:51
Hakimlər: Arttu Kyinaeraeinen (Finlandiya), Martina Pikkolo (İtaliya), Georgios Kozakos (Kipr)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)