featured-image-72119

“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində 5-ci oyununu səfərdə “Napoli”yə qarşı keçirib – 0:2. Msport.az xəbər verir ki, Rusiyanın nüfuzlu sports.az portalı Azərbaycan çempionunun Neapoldakı görüşünə də yer ayırıb.

“Napoli” “Qarabağ”a təzyiq etdi. Sağ olsun, Maktominey.

“Napoli” nəhayət ki, “Qarabağ”ın müqavimətini qırdı – 2:0. Azərbaycanlılar var-gücləri ilə mübarizə apardılar. “Napoli” təzyiq göstərirdi, lakin “Qarabağ”ın qapıçısı Mateuş Koxalski uzun müddət rəqibin fərqlənməsinə imkan vermirdi. 56-cı dəqiqədə hətta Rasmus Hoylandın penalti zərbəsini də dəf etdi.

Lakin bu dəfə “Qarabağ” xal qazanmağa müvəffəq olmadı.  Həlledici anda “Napoli”nin futbolçusu Skot Maktominey hərəkətə keçdi. Hətta bu anda da Koxalski sona qədər komandasını xilas etməyə çalışdı, “Napoli” dərhal 2-ci qolu vurmaq üçün irəli atıldı. Maktominey tullanmadan başı üzərindən zərbə endirdi və top Yankoviçə dəyərək qapıdan keçdi.

“Napoli” Çempionlar Liqasında vəziyyətini düzəltməyə çalışır: 5-ci turdan qabaq komanda 4 xalla Top-24-də son sırada idi. İndi artıq 7 xalları var və pley-off şansları xeyli artıb.

“Qarabağ” hələ də “Barselona” ilə bərabərdir: 5 tura 7 xal bəs edir. Buna qədər iki oyunda qələbə qazanıblar və “Çelsi” ilə heç-heçə (2:2) ediblər. “Qarabağ”ın Top-24-ə düşmək üçün hələ də yaxşı şansları var. “Qarabağ”ı qarşıda “Ayaks”la oyun gözləyir.

 

 

Bənzər xəbərlər