featured-image-71676

Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunun İslandiya ilə oyunundan əvvəl  mətbuat konfransında iştirak edib.

Msport.az xəbər verir ki, yığmamızın üzvü öncə sabahkı matçdan danışıb

– Rəqibimizi yaxşı tanıyırıq. İslandiya güclü komandadır. Onların heyətində keyfiyyətli və kreativ futbolçular var. Çətin oyun olacaq. Amma biz də yaxşı hazırlaşmışıq. İnanıram ki, sabah ən yaxşı performansımızı göstərəcəyik.

– Azərbaycan dilində danışırsan. Harada öyrənmisən?

– İki ilə öyrənmişəm. Amma uzun müddətdir danışmırdım. İndi yaxşı şansım var ki, sizinlə danışım.

– Ayxan Abbasovun gəlişindən sonra nə dəyişib?

– Çox şey dəyişməyib. Görürsüz ki, indi hamıda milli ruh var. Həm də yaxşı kollektivimizimiz var. Uğurlu nəticələr göstərməyə çalışırıq.  İnanıram ki, sabah da bunu göstərə bilərik.

Bənzər xəbərlər