Azərbaycan FİFA reytinqində 127-ci yerə düşdü
UEFA Millətlər Liqasının ilk 4 turunun oyunlarından sonra milli komandaların FİFA reytinqi yenilənib.
Msport.az xəbər verir ki, Azərbaycan yığması ötən dəfə ilə müqayisədə 1 pillə geriləyib.
Ayxan Abbasovun komandası hazırda 1138,96 xalla 127-ci yeri tutur.
Qeyd edək ki, reytinq cədvəlinə 2011,57 xalla İspaniya başçılıq edir. Argentina 1972,80 xalla 2-ci, Fransa isə 1958,86 xalla 3-cü pillədədir.






