Azərbaycan - Fransa matçının hakimləri açıqlandı
Azərbaycan millisinin noyabrın 16-da Fransa yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Latviya və Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Görüşdə ədaləti latviyalı Andris Treimanis qoruyacaq. Ona həmyerliləri Haralds Gudermanis və Aleksey Spasennikovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitalis Spasyoņņikovs yerinə yetirəcək.
Matçın VAR hakimi niderlandlı Kley Ruperti olacaq. AVAR isə digər latviyalı Kristaps Ratnieksdir.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Fransa matçı saat 21:00-da başlayacaq.







