featured-image-45948

Bu gün Azərbaycanda futbol ayı start götürür.

Msport.az xəbər verir ki, aprel zənginlik baxımından futbol tarixinə düşəcək.

Ayın hər günündə rəsmi oyun keçiriləcək. Bu da ölkə futbolu tarixində mütləq rekorddu. Aprelin 12 günündə Premyer Liqanın, 13 günündə Əvəzedicilər liqasının matçı baş tutacaq. Kubok görüşlər isə üç fərqli gündə olacaq. I Liqa oyunları 9, II Liqa matçları 12 günü əhatə edəcək.

Ayın 13 günündə yalnız bir turnirin qarşılaşmaları baş tutacaq. 15 gündə iki yarışda oyunlar keçiriləcək.

Aprelin 3-də və 29-da üç fərqli turnirin görüşləri təşkil olunacaq.

Hər gün Peşəkar Futbol Liqasının (PFL) bayrağı altında keçirilən ən azı bir matçın baş tutmasına martın 28-dən start verilib. Martın son 4 günündə olduğu kimi aprel də futbolsuz olmayacaq. Bununla da oyunların keçirilməsi seriyası 34 günə çatacaq.

Seriya mayın ilk günlərinə planlaşdırılan I liqa oyunları ilə uzana da bilər.

Aprel ayının təqvimi:

1. II Liqa, Əvəzedicilər

2. Azərbaycan Kuboku, II Liqa

3. Azərbaycan Kuboku, I Liqa, II Liqa

4. I Liqa

5. Premyer Liqa, I Liqa

6. Premyer Liqa, Əvəzedicilər

7. Premyer Liqa, Əvəzedicilər

8. II Liqa, Əvəzedicilər

9. II Liqa

10. I Liqa

11. I Liqa

12. Premyer Liqa

13. Premyer Liqa, Əvəzedicilər

14. Premyer Liqa, Əvəzedicilər

15. II Liqa, Əvəzedicilər

16. II Liqa

17. I Liqa

18. I Liqa, II Liqa

19. Premyer Liqa

20. Premyer Liqa, Əvəzedicilər

21. Premyer Liqa, Əvəzedicilər

22. II Liqa, Əvəzedicilər

23. II Liqa

24. Azərbaycan Kuboku

25. I Liqa

26. I Liqa

27. Premyer Liqa

28. Premyer Liqa, Əvəzedicilər

29. Premyer Liqa, II Liqa, Əvəzedicilər

30. II Liqa, Əvəzedicilər

Bənzər xəbərlər