Azərbaycan - İngiltərə oyununun hakimləri
Bakıda Azərbaycan və İngiltərənin U-21 yığmaları arasında keçirilcəək Avropa çempionatının seçmə mərhələ oyununun hakimləri bəlli olub.
Msport.az xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovinadan olan ədalət təmsilçilərinə tapşırılıb.
“Azərsun Arena”da təşkil olunacaq qarşılaşmanın baş hakimi Antoni Bandiç olacaq. Ona Amer Maciç və Boris Duymoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.
Qeyd edək ki, martın 22-də keçiriləcək Azərbaycan – İngiltərə oyunu saat 16:00-da başlayacaq. Yığmamız bundan dörd gün sonra eyni məkanda Ukraynanı qəbul edəcək.