featured-image-36935

Sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İordaniya beynəlxalq yoxlama oyununu idarə edəcək hakimlər açıqlanıb.

Msport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək:

Baş hakim Arda Kardeşler olacaq. Ona yan xətt hakimləri qismində Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan köməklik edəcəklər. 4-cü hakim funksiyasını isə Tural Qurbanov (Azərbaycan) yerinə yetirəcək.

 

Bənzər xəbərlər