featured-image-24905

“Beşiktaş” Azərbaycan klubları ilə yoldaşlıq oyunu keçirə bilər. Msport.az xəbər verir ki, İstanbul klubunun prezidenti Ahmet Nuri Çebi mətbuat konfransında bu haqda məlumat verib.

Klub rəhbəri zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədi ilə bəzi planlarının olduğunu deyib:

“Milli komandaların görüşləri ilə bağlı martın sonunda yaracaq fasilə vaxtı yoldaşlıq oyunu keçirə bilərik. Xeyriyyə matçından gələn gəliri zəlzələdən zərər çəkənlərə yardım hesabına köçürəcəyik.

Azərbaycan və Almaniya klubları ilə yoldaşlıq oyunu üçün danışıqlar aparırıq”.

AYXAN 

Bənzər xəbərlər