Maykl Ouen “Real”a keçidinə görə peşman olub
Sabiq futbolçu Maykl Ouen 2004-cü ildə “Liverpul”dan “Real”a transfer olarkən yaşadığı hisslərdən danışıb.
Msport.az xəbər verir ki, ingiltərəli sabiq hücumçu İspaniya klubuna keçid qərarının heç də asan olmadığını deyib:
“Sonda bu addımı atmağa qərar verdim, amma müqaviləni imzaladığım an geri dönüşün olmadığını anladım. Öz-özümə düşündüm: “Aman Allahım, mən nə etdim?” Hava limanına gedərkən hönkür-hönkür ağladığımı və özümdən soruşduğumu xatırlayıram: “Mən arxamda nə qoyub gedirəm?”
Ouen “Real”da cəmi bir mövsüm keçirib. O, 2013-cü ildə isə peşəkar futbolçu karyerasını sonlandırıb.







