featured-image-53799

FIFA-nın yay transfer pəncərəsinin nəticələrinə dair hesabatına əsasən, futbol klublarımız transferlərə ümumilikdə 4,33 milyon dollar məbləğində vəsait xərcləyiblər.

Msport.az xəbər verir ki, bu göstəriciyə görə Azərbaycan dünyada 38-cidir.

Beynəlxalq federasiya 2024-cü ilin yayında Azərbaycan klublarının 70 gələn və 41 gedən transferini qeydə alıb.
Yay transfer pəncərəsinin lideri İngiltərə olub: ada klubları transferlərə 1,69 milyard dollar məbləğində vəsait xərcləyiblər.

Siyahıda İtaliya (825 milyon dollar) ikinci, Fransa (697 milyon dollar) üçüncü olub. Növbəti yerləri isə İspaniya və Almaniya (müvafiq olaraq, 599 milyon dollar və 572 milyon dollar) tutub.

Bənzər xəbərlər