featured-image-72279

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə bu gün iki oyunla start veriləcək.

Msport.az xəbər verir ki, “Turan Tovuz” “Şahdağ Qusar”la, “Neftçi” “Zirə” ilə üz-üzə gələcək.

Qarşılaşmalar müvafiq olaraq saat 15:00 və 19:00-da start götürəcək. “Şahdağ Qusar” – “Turan Tovuz” cütünün qalibi növbəti raundda “Araz-Naxçıvan” – “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq.

“Zirə” – “Neftçi” görüşündə üstün olan tərəf isə “Difai” – “Sumqayıt” qarşılaşmasının qalibinə rəqib olacaq.

 

Azərbaycan Kuboku

1/8 final

2 dekabr

 

15:00. “Şahdağ Qusar” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elman Musayev

“SOCAR Polymer Arena”

 

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Zirə İdman Kompleksinin stadionu

 

Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.

Bənzər xəbərlər