Azərbaycan Kuboku: Bu gün finalçılar bəlli olur
Azərbaycan Kubokunda bu gün finalçılar müəyyənləşəcək.
Msport.az xəbər verir ki, ilk olaraq “Qəbələ” yarımfinalın cavab matçında “Zirə”ni qəbul edəcək. Görüş saat 17:00-da start götürəcək. İlk oyunda “qartallar” sevinən tərəf olub – 2:1.
Nəhayət, ikinci finalçınin adına Azərbaycan derbisində aydınlıq gələcək. “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini dörd cavabsız qolla üstələyib.