Azərbaycan Kuboku: Daha 2 komanda 1/8 finalda
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan daha iki komanda bəlli olub.
Msport.az xəbər verir ki, “Sumqayıt” və “Difai” növbəti raunda vəsiqəni təmin ediblər.
“Gənclik şəhəri” təmsilçisi II təsnifat mərhələsində “Zaqatala”nı (3:0), Ağsu klubu isə “Xankəndi”ni (2:1) məğlub edib. Bu raundun “Şimal” – “Şahdağ Qusar” görüşündə əsas vaxt qolsuz heç-heçə ilə bitib. Hazırda əlavə vaxt oynanılır.
Qeyd edək ki, ötən gün “Kəpəz”, “Karvan-Yevlax”, “İmişli”, “Turan Tovuz”, “Baku Sportinq” və “Şəfa” 1/8 finala vəsiqə qazanıblar.







