Azərbaycan Kuboku: "Neftçi" "Qarabağ"ı qəbul edir
Azərbaycan Kubokunda yarımfinal mərhələsi bu gün başlayacaq.
Msport.az xəbər verir ki, ilk olaraq “Neftçi” evdə “Qarabağ”la üz-üzə gələcək.
Qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin “Zirə” – “Qəbələ” dueli aprelin 3-də olacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi
20:00 “Neftçi” – “Qarabağ”
Bakı. “Neftçi Arena”