Azərbaycan Kuboku: “Qəbələ” və “Şamaxı” 1/8 finalda
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.
Msport.az xəbər verir ki, baş tutan görüşlərdən sonra növbəti 1/8 finalçılar müəyyənləşib.
Qəbələdə şəhərin eyniadlı komandası “Mingəçevir”ə 5:1 hesabı ilə qalib gəlməklə növbəti raunda adlayıb. “Şamaxı” isə səfərdə “Səbail”i 1:0 hesabı ilə üstələyərək 1/8 finala yüksəlib.
Qeyd edək ki, II təsnifat mərhələsinə “Neftçi” – MOİK oyunu ilə yekun vurulacaq.







