featured-image-72353

Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti komadna bəlli olub.

Msport.az xəbər verir ki, 1/8 finalda “Baku Sportinq”ə 1:0 hesabı ilə qalib gələn “Şamaxı” növbəti raunda adlayıb.

Bölgə təmsilçisi yarımfinala gedən yolda “Qarabağ” – “Karvan-Yevlax” duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq. Ötən gün “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” isə əlavə vaxtda “Neftçi”ni (1:0) məğlub edib.

Bənzər xəbərlər