Azərbaycan kuboku: Yeni mövsümə start verilir
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2026/27-ci illər mövsümünə start veriləcək.
Msport.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
1-ci təsnifat mərhələsində “Qaradağ Lökbatan” “Şəki”ni qəbul edəcək. “Şəmkir” isə “Ağstafa Gəncləri” ilə üz-üzə gələcək.
Bu mərhələnin digər oyunları sabah və oktyabrın 9-da keçiriləcək.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
7 oktyabr
“Qaradağ Lökbatan” – “Şəki”
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Lökbatan OİK stadionu, 14:30
“Şəmkir” – “Ağstafa Gəncləri”
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şirvan OİK stadionu, 14:30.
8 oktyabr (cümə axşamı)
14:00. “Difai” – “Zəngəzur”
14:30. “Marafon” – “Dinamo”
14:30. “Şirvan” – “Kür-Araz”
9 oktyabr (cümə)
14:30. “Ağdaş” – “Hypers”






