featured-image-35920

2023/24 mövsümündən başlayaraq Azərbaycan kubokunun oyunlarında yenilik tətbiq ediləcək.

Msport.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov bu gün jurnalistlərə bildirib.

O qeyd edib ki, əvvəllər kubokda iştirakı məsələsi klubların müraciəti əsasında tənzimlənirdi: “Bu ildən İdarə heyətinin qərarına əsasən I və II Liqa klublarının müvafiq mərhələlərdən kubokda iştirakı nəzərdə tutulub.

İlk dəfə I təsnifat mərhələsində II Liqa klubları iştirak edəcək. Ardınca mərhələli şəkildə digər komandalar ölkə kubokuna qoşulacaq. I və II mərhələ, həmçinin 1/8 final bir oyundan ibarət olacaq, 1/4 finaldan etibarən ev-səfər prinsipi həyata keçiriləcək”.

Bənzər xəbərlər