featured-image-588

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünya klublarının baş məşqçilərinin bu mövsüm üçün orta yaş həddini açıqlayıb.

Msport.az qurumun saytına istinadən xəbər verir ki, Premyer Liqamız bu göstəricidə 126 çempionat arasında 4-cü pillədə qərarlaşıb.  Ölkə çempionatımızda orta yaş həddi 42,2 yaşdır. Premyer Liqamızın  ən yaşlısı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov (49 yaş 343 gün), ən gənci isə “Sabah”ın çalışdıcısı Murad Musayevdir (38 yaş 132 gün).

Qeyd edək ki, dünya klublarının baş məşqçilərinin bu mövsüm üçün orta yaş həddi ilə bağlı  siyahısının ilk pilləsində Finlandiyanın 1-ci liqası (42 yaş) qərarlaşıb. Finlandiyanın 2-ci liqası 2-ci (41,8), ABŞ-ın Milli Futbol Liqası (41,5 yaş) 3-cüdür.

Bənzər xəbərlər