Azərbaycan Premyer Liqasında Belçika və İtaliyadan hakimlər
Azərbaycan Premyer Liqasında bu turdan etibarən ilk dəfə əcnəbi VAR hakimləri iş başında olacaq. Msport.az xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda übarizə aparan “Sabah” və “Sumqayıt” komandalarının görüşündə belçikalı Natan Verboomen VAR hakimi funksiyasını yerinə yetirəcək.
Belçikalı hakim bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində “Partizani” (Albaniya) – BATE (Belarus), UEFA Konfrans Liqasında “Adanadəmirspor” (Türkiyə) – Kluj” (Rumıniya) və AEK (Kipr) – “Makkabi” (Tel Əviv) oyunlarını idarə edib.
“Səbail” – “Neftçi” matçında isə italiyalı Davide Ghersini VAR-da olacaq. O, bu mövsüm İtaliya A seriyasında “Sassuolo” – Salernitana” görüşündə baş hakim olub.
18 may
“Sabah” – “Sumqayıt”
Bank Respublika Arena, 17:00
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Natan Verbumen (Belçika)
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Səbail” – “Neftçi”
ASCO Arena, 17:00
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Devid Gersini (İtaliya)
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu, 17:00
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
19 may
“Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu, 16:00
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov