Azərbaycan – Slovakiya oyununun hakimləri
Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri bəlli olub.
Msport.az xəbər verir ki, matçı Norveç təmsilçiləri idarə edəcəklər.
Rohit Saqqi qarşılaşmanın baş hakimi olacaq. Ona Morten Yensen və Anders Olav Dale kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.
Qeyd edək ki, C liqasının I qrupunun Azərbaycan – Slovakiya oyunu oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.