Azərbaycan - Şotlandiya oyununda kütləvi dava
Azərbaycan və Şotlandiyanın 21 yaşadək futbolçuları arasındakı Avropa çempionatının seçmə oyunu qalmaqalla başa çatıb.
Msport.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüş 3:3 hesabı ilə yekunlaşıb. Oyun başa çatan kimi hər iki komandanın futbolçuları arasında kütləvi dava düşüb. Qazaxıstanlı baş hakim Sayat Karabayev davada iştirak edən Xəyal Əliyevə birbaşa qırmızı vərəqə göstərib.
Qeyd edək ki, oyun zamanı referi qonaq komandanın 2 futbolçusuna qırmızı vərəqə göstərmişdi.