Azərbaycan təmsilçilərinin mümkün rəqibləri bilindi
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Msport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçiləri “Zirə”, “Sabah” və “Araz-Naxçıvan”ın mümkün rəqibləri müəyyənləşib.
“Sabah” – “Petrokub” (Moldova) cütünün qalibi növbəti raundda UEFA Avropa Liqasında II təsnifat mərhələsinin “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.
“Zirə” – “Hayduk” (Xorvatiya) duelindən üstün ayrılacaq komandanın III təsnifat mərhələsindəki rəqibi “Atletik Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün qalibi olacaq.
“Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) mübarizəsində yoluna davam edəcək komanda isə “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
“Sabah”ın yer aldığı cütün qalibi ilk oyununu səfərdə, “Zirə” və “Araz-Naxçıvan”ın təşkil etdiyi cütdən üstün ayrılacaq komanda isə evdə keçirəcək.
Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 7-də və 14-də keçiriləcək.