featured-image-817

Belarus İdman Həmrəyliyi Fondu (BFSS) Azərbaycan, Slovakiya və Qazaxıstandan ölkənin əsas yığması ilə UEFA Millətlər Liqasındakı ev oyunlarını boykot etmələrini istəyib. 

Msport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Fond belə çağırışı Belarus rəhbərliyinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə dəstək verməsinə görə edib.

Qeyd edək ki, Azərbaycan millisi Belarusla iyunun 6-da səfərdə, iyunun 13-də isə evdə üz-üzə gəlməlidir. C Liqasının 3-cü qrupunda Slovakiya və Qazaxıstan da mübarizə aparacaq.

Bənzər xəbərlər