“Azərbaycanın ən böyük klubunda oynamaq üçün səbirsizlənirəm”
Azərbaycanın ən böyük klubunda oynamaq üçün səbirsizlənirəm.
Msport.az xəbər verir ki, bunu “Neftçi”yə yeni transfer olunan almaniyalı futbolçu Robert Bauer instaqram səhifəsində yazıb.
29 yaşlı müdafiəçi paytaxt klubu ilə 3 illik müqavilə bağlayıb. O, “ağ-qaralar”ın heyətində 23 nömrəli formanı geyinəcək.
Futbolçu karyerasına 2014-cü ildə ölkəsinin “Karlsrue” kollektivində başlayan R.Bauer ilk peşəkar müqaviləsini “İnqolştadt” (Almaniya) klubu ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında “Verder” klubuna transfer olunub.
O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanının “Əl-Tai” kollektivi olan R.Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.