featured-image-70504

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycanıla oyunundan öncə mətbuat konfransı keçirib. Msport.az xəbər verir ki, o, millimizin itirəcəyi bir şey olmadığını deyib.

“Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Azərbaycanlı futbolçular Ukrayna ilə son ev oyununda qazandıqları nəticə (1:1) ilə milli ruha sahib olduqlarını göstərdilər. Onların itirəcəyi heç nə yoxdur. Meydanda bütün güclərini ortaya qoyacaqlar”.

Deşam komandalarının qapısı qarşısında təhlükəli vəziyyətlərin yaranmasına imkan verməyəcəklərini bildirib:

“Meydana “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmamalıyıq. Rəqibin heyətində bu mövsüm Çempionlar Liqasına yaxşı başlayan “Qarabağ”ın 7 futbolçusu var. Bizdən çox şey asılı olacaq. Azərbaycan millisi mümkün qədər yaxşı müdafiə olunmağa çalışacaq. Müdəfinəni yarmaq üçün həll yolları tapmalıyıq”.

O, hazırda İslandiyanı deyil, Azərbaycan millisi ilə oyunu düşündüyünü vurğulayıb: “Əvvəldən eyni oyunçuları meydana buraxmaq fikrində deyiləm. Hazırda yalnız sabahkı matçı düşünürəm. Çünki meydanda hər şey əleyhimizə dəyişə bilər”.

Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

 

Bənzər xəbərlər