Azərbaycanlı futbolçu Rusiya millisində dubl etdi
Moskva “Dinamo”sunun heyətində çıxış edən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyanın U-21 milli komandasının heyətində dubl edib.
Msport.az xəbər verir ki, Rusiyanın gənclər yığması Manas kubokunda Bəhreynin U-23 komandası ilə qarşılaşıb.
Oyun Qırğızıstanın Manas şəhərindəki “Kurmanbek” stadionunda keçirilib.
90+9-cu dəqiqədə hesabı açan Ülvi bundan 2 dəqiqə sonra ikinci qolu vurub.







