Azərbaycanlı futbolçu Türkiyədə debüt etdi - VİDEO
Türkiyə birinci liqasında 2026/2027 mövsümünə start verilib.
Msport.az xəbər verir ki, Elvin Yunuszadənin formasını geyindiyi “Boluspor” “Manisa”nı qəbul edib.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.
“Boluspor” – “Manisa” – 1:2
Qollar: Kaçmaz, 7 – Anziani, 35(p), Lindseth, 45+4







