Azərbaycanlı futbolçunun klubu Asiya kubokunda mübarizəni dayandırdı
Azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi Nepalın “Maçhindra” klubu Asiya kubokunun qrup mərhələsinə vəsiqə qazana bilməyib.
Msport.az xəbər verir ki, Katmandu təmsilçisi pley-off-da Şri-Lankanın “Blue Star” klubu ilə qarşılaşıb. Həmyerlimizin komandası rəqibinə 1:2 hesabı ilə uduzub. Start heyətində meydana çıxan Nurlan 90 dəqiqə mübarizə aparıb.
Pley-off 1 oyundan ibarət olduğundan qrup mərhələsinə Şri-Lanka təmsilçisi yüksəlib