featured-image-36079

FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA seminarında iştirak edəcək.

Msport.az xəbər verir ki, Ə.Ağayev sentyabrın 3-dən 6-dək İsveçrənin Cenevrə şəhərində UEFA-nın ən yaxşı hakimləri üçün 2023/24 yay kursunda iştirak edəcək. Seminara Elit və Birinci dərəcəli hakimlər arasından seçilmiş referilər dəvət edilib.

Toplantının əsas məqsədləri bunlardır:

– UEFA-nın əvvəlki mövsümdəki oyunlarının təcrübəsini öyrənmək;

– Yeni mövsüm üçün əsas təlimatlarla tanış olmaq;

– İştirakçıların fiziki hazırlıq səviyyəsini yoxlamaq.

E.Məsiyev isə 29-31 avqust tarixlərində UEFA-nın baş ofisində UEFA Talant və Mentor proqramı çərçivəsində təşkil ediləcək proqramda iştirak edəcək.

Bənzər xəbərlər