Babazadə titul döyüşündə qazaxıstanlı rəqibinə qalib gəl
Azərbaycan MMA və Qrapplinq Federasiyasının idmançısı Fərid Babazadə Qazaxıstanın Almata şəhərində keçirilmiş “Octagon” liqasında kəmər uğrunda mübarizə aparıb.
Msport.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Askar Jaksilikovla üz-üzə gəlib.
Görüşün 5-ci raundunda boğucu fənd ilə rəqibini məğlub edən F.Babazadə liqanın çempionu oldu.