Babək Quliyevə növbəti təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Msport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Paksi” (Macarıstan) – AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, matç iyulun 25-də Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.