Paris-2024: Badmintonçumuz ilk görüşdə məğlub oldu
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Msport.az-ın məlumatına görə, idmançı qrup mərhələsindəki ilk oyununda He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib.
Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə bitib – 0:2 (8:21, 7:21)
Keişa Fatimə Zəhra ikinci görüşünü iyulun 29-da keçirəcək.
Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda adlayacaq. Paris-2024 avqustun 11-də başa çatacaq.