Bakı səfəri öncəsi “Çelsi”də baş məşqçi müəmması
“Çelsi”nin mövsümə uğursuz başlanğıcı baş məşqçi Enzo Mareskanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik barədə fərziyyələr irəli sürülməsinə səbəb olub.
Msport.az xəbər verir ki, London klubunun hazırda “Bornmut”a rəhbərlik edən Andoni İraolaya maraq göstərdiyi bildirilir.
Mareskanın yaxın gələcəkdə vəzifəsindən ayrılacağı təqdirdə, klub rəhbərliyi 43 yaşlı ispaniyalı mütəxəssisə müraciət edəcək. “Bornmut” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 9 oyundan sonra 18 xalla ikinci yerdədir. “Çelsi” isə 14 xalla 9-cudur.
“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir. Bu komandalar noyabrın 5-də Bakıda üz-üzə gələcək.







