Bakıda beynəlxalq seminar
Avropa Cüdo Birliyinin Tibb Komissiyasının beynəlxalq tibbi seminarı oktyabrın 18-19-da Bakıda keçiriləcək.
Msport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası (ACF) ilə birgə təşkil olunacaq seminarın məqsədi idman sahəsində çalışan tibbi heyət arasında təcrübə mübadiləsinin aparılması və ən son məlumatların əldə edilməsidir.
Seminarda müxtəlif ölkələrdən olan mütəxəssislər cüdoçuların tibbi dəstəklə təmin olunması sahəsindəki tədqiqat nəticələrini paylaşacaqlar. Bu sahədə olan yeniliklər, müxtəlif reabilitasiya üsulları və idman zədələrinin müalicəsi müzakirə olunacaq. Tədbir iştirakçılara idman sağlamlığı və tibbi dəstək sahəsindəki ən son qlobal trendlər haqqında məlumat almaq üçün unikal imkan təqdim edəcək.