Baqanın "Sumqayıt"da 5-ci məğlubiyyəti
Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.
Msport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə “Qarabağ” “Səbail”i qəbul edib və 5:1 hesabı ilə qalib gəlib.
“Sumqayıt”ın qonağı olan “Sabah” isə rəqibinin qapısından 3 cavabsız top keçirib. Bu, Aleksey Baqanın gəlişindən sonra “Sumqayıt”ın 5-ci məğlubiyyəti olub.
Azərbaycan Premyer Liqası
21-ci tur
2 aprel (şənbə)
“Sumqayıt” – “Sabah” – 0:3
Qollar: Aleksey İsayev, 22, Xuan Kamara, 25, Coy-Lens Mikels, 60
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
“Kapital Bank Arena”
“Qarabağ” – “Səbail” – 5:1
Qollar: Andrade, 3 (1:0), 41 (2:0), Ramil Şeydayev, 53 (3:0), 56 (4:0), Nikolas Raysel, 62-pen (4:1), Elvin Cəfərquliyev, 86 (5:1)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
“Azersun Arena”
3 aprel (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu
17:15. “Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
“Bakcell Arena”