“Barselona”dan gənc futbolçusu ilə yeni müqavilə
İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Qavi ilə müqavilənin müddətini artırıb.
Msport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
18 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir. Qavini 2026-cı ildən tez transfer etmək istəyən klub olsa, bunun üçün “Barselona”ya 1 milyard avro təzminat ödəməlidir.
“Barselona”nın yetirməsi olan Qavi, bu komandada 54 oyuna 2 qol vurub. O, İspaniyanın əsas yığmasında da 10 oyun keçirib, 1 qola imza atıb.