featured-image-85134

Azərbaycan Premyer Liqasında bu gün 12-ci tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, “Araz-Naxçıvan” Şamaxıda “Neftçi”ni qəbul edəcək.  “Ağ-qaralar” yenidən liderliyə yüksəlmək üçün bu oyundan ən azı 1 xal qazanmalıdır.

Günün digər oyununda “Kəpəz” “Qarabağ”la qarşılaşacaq. Bu matçda 15363 yerlik Gəncə şəhər stadionunda anşlaq yaşanacağı gözlənilir. Liderlər qrupundan uzaq düşən Ağdam klubu mütləq bu matçdan qalib ayrılmalıdır.

22 noyabr (bazar)

14:30. “Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər:
Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev, Fərid Hacıyev (VAR), Vüsal Məmmədov (AVAR)
Şamaxı şəhər stadionu

17:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər:
Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev, Əkbər Əhmədov (VAR), Rəhman İmami (AVAR)
Gəncə şəhər stadionu

20 noyabr (cümə)

“Sumqayıt” – “Sabah” – 1:5

“İmişli” – “Zirə” – 2:2

21 noyabr (şənbə)

“Şəfa” – “Qəbələ” – 0:2

“Şamaxı” – “Turan Tovuz” – 0:2

Bənzər xəbərlər