Mezzotero "Sampdoriya"da daha bir qol vurdu
Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero “Sampdoriya”nın heyətində növbəti qolunu vurub.
Msport.az xəbər verir ki, o, İtaliya B seriyasında 12-ci turunda “Benevento”nu 3:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.
Meydana start heyətində girən forvard 34-cü dəqiqədə rəqib qapısına yol tapıb və hesabı 3:1 edib. Mezzotero 59-cu dəqiqədə əvəzlənib.
Bu, 18 yaşlı hücumçunun “Sampdoriya”nın əsas komandasında vurduğu ikinci qol olub.
Qeyd edək ki, hazırda 14 xalı olan “Sampdoriya” turnir cədvəlində 13-cü yeri tutur.







