featured-image-85146

“Mançester Yunayted”in yetirməsi Skott Maktominey yenidən İngiltərə klubuna qayıda bilər.

Msport.az xəbər verir ki, şotlandiyalı futbolçunun “Napoli”dəki gələcək karyerası sual altına düşüb.

Yarımmüdafiəçinin müqaviləsi 2028-ci ilin yayında başa çatır. Neapol təmsilçisi hələ ki onunla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmır.

29 yaşlı oyunçu yenidən “Mançester Yunayted”ə qayıtmağın əlehinə deyil. Maktominey “Napoli”yə 2024-cü ilin yayında “Yunayted”dən keçib.

 

 

Bənzər xəbərlər