“Barselona”nın Haland sevdası bitmir
“Barselona” heyətini gücləndirməyə hazırlaşır.
Msport.az xəbər verir ki, Kataloniya klubu “Mançester Siti”nin 26 yaşlı norveçli hücumçusu Erlinq Haland üçün növbəti il üçün təklif hazırlamağı düşünür.
Norveçli ulduzun İngiltərə klubu ilə 2034-cü ilə qədər müqaviləsi olsa da, “Barselona” rəhbərliyi bu transferi reallaşdırmaq fürsətini gözləyir.
Dünyanın bütün klublarının heyətində görmək istədiyi forvardın gələcək taleyi futbol ictimaiyyətinin diqqət mərkəzindədir.







