featured-image-48389

“Hidayət bu çempionluğa layiq idi”.

Msport.az xəbər verir ki, bu sözləri cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman Hidayət Heydərovun (73 kiloqram) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması ilə bağlı Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

27 yaşlı idmançının arzusuna çatdığını bildirən mütəxəssis sevincli olduğunu gizlətməyib: “Bu, sadəcə Hidayətin deyil, hər birimizin arzusu idi. Nəhayət o, buna nail oldu”.

Qeyd edək ki, bu, Azərbaycan cüdo tarixində dünya çempionatında qazanılan ikinci qızıl mükafatdır. Daha əvvəl Elxan Məmmədov 2013-cü ildə bu titula yiyələnib.

Bənzər xəbərlər