Baş məşqçi Ramil Şeydayevdən danışdı
Tailand çempionatının dünən keçirilən 2-ci turunun matçında “Buriram Yunayted” “Lamphun Uorriror”a qalib gəlib – 3:0.
Msport.az xəbər verir ki, R.Şeydayev matçda ilk qolu vurub. Oyundan sonra təşkil olunan mətbuat konfransında Artur Papas R.Şeydayev və digər yeni transfer Nikolao Kardozo barədə də danışıb:
“Onlar Tailanda iki ay əvvəl gəliblər. Hər iki oyunçu hələ uyğunlaşmalıdır. Ümumən bu görüşdə nəinki onlar, bütün komanda yaxşı oynadı”.