featured-image-46792

UEFA Çempionlar Liqasında bütün yarımfinalçılar bəlli olub.

Msport.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində son iki matç baş tutub.

“Mançester Siti” İngiltərədə “Real”la üz-üzə gəlib. Madriddə məhsuldar sülhə imza atan rəqiblər bu dəfə də sülhə razılaşıblar. Hesabı madridlilər açsalar da, mançesterlilər bərabərlik qolunu vura biliblər. 120 dəqiqə ərzibdə qalib müəyyənləşmədiyi 11 merlik zərbələr seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan “Real” cütün qalibi olub.

Münhendə “Bavariya” “Arsenal”ı sınağa çəkib. Kimmixin vurduğu qol almanları yarımfinala yüksəldib.

Qeyd edək ki, yarımfinalda “Borussiya D” – PSJ, “Bavariya” – “Real” matçları baş tutacaq. Oyunlar mayın 2-də və 9-da keçiriləcək.

Çempionlar Liqası

1/4 final, cavab oyunları
17 aprel

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) 1:0
Qol: Kimmix, 64
Baş hakim: Danni Makkelie (Niderland)
Münhen, “Alyans Arena”
İlk oyun – 2:2


“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 1:1, 0:0, pen. 3:4
Baş hakim: Daniele Orsato (İtaliya)
Qollar: De Bruyne, 73 – Rodriqo, 12
Mançester, “Etihad” stadionu
İlk oyun – 3:3

Bənzər xəbərlər