"Bayer 04"lə matçdakı nəticə inanılmazdır"
“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov Azərbaycan təmsilçisinin Almaniyanın “Bayer 04” klubuna qarşı keçirdiyi Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu barədə danışıb.
Msport.az xəbər verir ki, o, bu barədə “RB Sport”a açıqlama verib.
Smirnov meydan sahiblərinin 60 dəqiqə sakit oynadığını bildirib: “Sonra gözlənilmədən səhvə yol verdilər. Amma nəticə hələ də inanılmazdır”.
Menecer qarşılaşmadan sonra rusiyalı qolkiperin əhval-ruhiyyəsinin pis olmadığını söyləyib: “Dərin kədər yoxdur. Həyat davam edir, qarşıda cavab matçı da var. İndi emosiyalar səngiyib, növbəti qarşılaşmalara hazırlaşmalıyıq, qrafik sıxdır”.
Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” görüşü heç-heçə yekunlaşıb – 2:2. Cavab oyunu martın 14-də Leverkuzendə gerçəkləşəcək. Lunyov cari mövsüm “köhlən atlar”ın heyətində 25 matçda meydanda olub.